Hindistanın Baş naziri Narendra Modi Kazanda keçirilən BRİKS sammiti zamanı Rusiya Prezidenti Vladimir Putinə ölkənin şərqində yayılmış sohrai texnikası ilə çəkilən rəsm əsərini hədiyyə edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Tayms of İndia” mənbələrə istinadla məlumat yayıb.
Qeyd edək ki, sohrai tarixini qayaüstü rəsmlərdən götürən xalq rəssamlığı ənənəsidir. Əsasən Caharhand ştatının Hazaribag rayonunun kəndlərində tətbiq olunur, burada evlərin gil divarları bu texnika ilə rənglənir. Bu sənət anadan qıza miras qalır.
Bu sənət əsərləri yerli qəbilə mədəniyyətində aqrar həyat tərzini və canlı təbiətə dərin hörməti əks etdirərək, heyvanları, quşları və təbiəti təsvir edir. Rəssamlıqda təbii boyalar və rənglər üstünlük təşkil edir. Boya fırçası kimi bitki budaqları və saman, kətan kimi əski parçalarından istifadə olunur.
- 1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında...
- Tərtərdə 7 yaşlı qız kanala düşərək boğuldu
- Bazar günü hava necə olacaq?
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video