Əsaslı şəkildə yenidən qurulan 8 Noyabr prospektində işlər artıq yekunlaşmaq üzrədir.
BUTA.TV-ın Xəzər Xəbər-ə istinadən məlumatına görə, Ağ şəhərdən başlayaraq Zığ dairəsinə qədər olan hissədə asfaltlanma işləri tam şəkildə bitmiş hesab edilir. Hazırda prospekt və ətrafında abadlıq-quruculuq işləri aparılır.
Bütövlükdə sözügedən yolda avtomobillərin maneəsiz və sürətli hərəkəti üçün infrastruktur qurulur. Həmçinin burada velozolaq, avtobuslar üçün zolaq da nəzərdə tutulub. Piyada təhlükəsizliyinə də xüsusi diqqət yetirilir. Yaxın vaxtlarda prospekt tam fərqli bir görünüşlə həm piyadaların, həm də sürücülərin ixtiyarına veriləcək.
Xatırladaq ki, 8 Noyabr prospekti 8 zolaqlı hərəkət hissəsinə malikdir. Burada son tamamlanma işləri yaxın günlərdə tam yekunlaşacaq.
Ətraflı süjetdə:
- Keşlədə kollektorun fəsadları aradan qaldırılır
- Gəncə prospektində sürüşmə: Mütəxəssislər hadisə yerində...
- ADU tarixində ilk: beynəlxalq akkreditasiya sertifikatı verildi
- Bakıda yanğın təhlükəli sex bağlandı - Video
- Azərbaycanlıları Türkiyə qanunsuz daşıyan dəstə ələ keçirildi
- 1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında...
- Tərtərdə 7 yaşlı qız kanala düşərək boğuldu
- Bazar günü hava necə olacaq?