"Bravo" marketi 80 qəpiklik qatığa görə 4 min manat cərimələnib.
BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, müştəri M.N. Səbail rayonu, "Dəniz Mall" ticarət mərkəzində yerləşən "Bravo" marketdən 1.5%-lik 450 qramlıq qablaşdırmada "Sizlik" adlı qatığını alıb. Lakin endirimli qiymət kağızında məhsulun qiyməti 80 qəpik göstərilsə də, kassada ondan 1,15 manat alınıb.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, "Sizlik" markasına məxsus qatığın qiymətinin 1,59 manatdan 80 qəpiyə endirildiyi qeyd edilsə də, kassada 1,15 manat hesablanıb.
Məhkəmənin qərarı ilə "Bravo" market rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 4000 manat məbləğində inzibati cərimə edilib.
- Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama
- Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
- WUF13-ün Bakıya faydaları nələrdir və nələr gözlənilir?
- Keşlədə kollektorun fəsadları aradan qaldırılır
- Gəncə prospektində sürüşmə: Mütəxəssislər hadisə yerində...
- ADU tarixində ilk: beynəlxalq akkreditasiya sertifikatı verildi
- Bakıda yanğın təhlükəli sex bağlandı - Video
- Azərbaycanlıları Türkiyə qanunsuz daşıyan dəstə ələ keçirildi