ABŞ alimləri süni intellektin dünyada geniş istifadə edilməsindən sonra bu platformaların ekologiyaya nə qədər zərər vurmasıyla bağlı araşdırma aparıblar.
BUTA.TV xəbər verir ki, Kaliforniya Universitetinin tədqiqatçılarının araşdırmasında süni intellekt platformalarının gözləniləndən 4 dəfə çox su istehlak etdiyi məlum olub.
Məlumata görə, süni zəka 10-50 sorğunu emal edənə kimi serverləri soyutmaq üçün iki litrə qədər su işlədir. Süni intellektin inkişaf mərhələsində yalnız yarım litr suyun istifadə olunacağı düşünülürdü.
Tədqiqatçılar süni intellekt üçün enerji istehsalı prosesinin səmərəsiz olduğunu və resursların 60 faizinin boşa getdiyini iddia edirlər. Texnologiya şirkətləri isə 2030-cu ilə qədər sudan istifadəni kompensasiya etməyə söz veriblər.
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN
- Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama
- Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi