1 saylı birləşmiş şəhər xəstəxanasının baş həkimi Rüstəm Budaqov məhkəməyə verilib.
BUTA.TV xəbər verir ki, iddiaçı Məlikli Əlirza Adəm oğlu adlı vətəndaşdır.
Onun iddia tələbi maneənin aradan qaldırılması ilə bağlıdır. İddiaya Xəzər Rayon Məhkəməsində baxılacaq. İş hakim Əkrəm Qəhrəmanovun icraatındadır.
Məhkəmə çəkişməsinin detalları haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
Bu baxımdan, Qaynarinfo təfərrüatları öyrənmək üçün sözgedən xəstəxana ilə əlaqə saxlayıb. Oradan isə məhkəmə işi barədə məlumatlı olmadıqlarını bildiriblər.
1 saylı şəhər xəstəxanası cari ilin fevralına qədər 14 saylı birləşmiş şəhər xəstəxanası adı ilə fəaliyyət göstərib.
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN
- Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama
- Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi