Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus, 2023-cü ilin Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədiyə daha 6 ay həbs cəzası verilib.
BUTA.TV xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Tehranın Cinayət Məhkəməsi Məhəmmədini bir müddət əvvəl İran həbsxanalarında edam cəzalarına etiraz etdiyinə görə “hökumət məmuruna tabe olmamaq və qarşıdurma yaratmaq”da günahlandıraraq yenidən cəzalandırılıb.
Xatırladaq ki, hüquq müdafiəçisi və siyasi məhbus avqustun 6-da etiraz aksiyalarında həbs edilən Rza Rəsayinin edam edilməsinə görə Evin həbsxanasında etiraz aksiyası keçirib. O, bundan əvvəl müxtəlif ittihamlara görə 12 il 3 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN
- Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama
- Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi