Bakıda rus dilində söyüş söyən ukraynalı turist həbs edilib.
BUTA.TV Qaynarinfo.az-a istinadla xəbər verir, 6 avqust 1995-ci il tarixdə Ukrayna Respublikasında anadan olmuş D.G. 10 gün əvvəl Bakıya turist kimi gəzməyə gəlib.
O, oktyabrın 17-si axşam saatlarında şəhərə gəzməyə çıxıb. Həmin vaxt emosional olduğu üçün mobil telefonla ucadan danışaraq, rus dilində nalayiq ifadələr işlədib və səs-küy salıb.
Ərazidə olan polis əməkdaşalrı özlərini təqdim edərək, ondan hərəkətlərinə son qoymasını tələb ediblər. Ukraynalı turist bu xəbərdarlıqlara məhəl qoymayıb. Nəticədə saxlanılaraq barəsində barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək, məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, Ukraynadakı məlum hadisələrə görə D.G. Almaniyada yaşayır. Həmin şəxs əməlindən peşman olduğunu bildirib. Məhkəmənin qərarı ilə, D.G. 10 gün müddətinə inzibati qaydada həbs edilib.
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN
- Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama
- Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi