Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, hadisə Ağ Şəhər Yaşıl ada küçəsində yerləşən “Pubar” iaşə obyektində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Fərid Vahid oğlu İsmayılov sözügedən obyektdə idman dərsi keçdiyi tələbəsinin döyüldüyü üçün qarşı tərəfə iradını bildirib.
Hələlik naməlum şəxs F.İsmayılovun əvvəlcə başına şüşə butulkanı çırpıb. Daha sonra bıçaqla ona xəsarət yetirilib. Ağır xəsarətlər alan F.İsmayılov Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Xəstə yerləşdirildiyi tibb müəssisəsində əməliyyat edilib. Həkimlər onun vəziyyətini stabil olaraq qiymətləndirirlər.
Qeyd edək ki, Fərid İsmayılov uzun müddətdir ki, müxtəlif idman zallarında idman təlimçisi kimi işləyir. Nərimanov rayonunda onun özünə məxsus “Lux” idman zalı var.
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN
- Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama
- Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi