Gəncə şəhərində qadın şantaj edilib, ondan pul tələb olunub.
BUTA.TV Report-a istinadla xəbər verir ki, Gəncə şəhər sakini olan bir xanım Gəncə Şəhər Baş Polis İdarəsinə müraciət edərək sosial şəbəkədə tanış olduğu Sadiq adlı şəxsin ona zəng edib şəkillərini və barəsində rüsvayedici məlumatları sosial şəbəkədə yayacağı ilə hədələdiyini və 3000 manat pul verməyi tələb etdiyini bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Sadiq Salehov şübhəli qismində saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN
- Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama
- Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi