İnstaqram sosial şəbəkəsi istifadəçilər üçün bir sıra yeniliklər həyata keçirib.
“BUTA.TV” xarici mətbuata istinadən xəbər verir ki, yeniliklərdən biri hekayələrdə paylaşılan məzmunun ekran görüntülərinin çəkilməsinə (skrinşot etmək) mane olan xüsusiyyətdir.
Bu yeniləmə istifadəçilərin məxfiliyini yaxşılaşdırır, xüsusən də itirilmiş hekayələrin daimi təhlükəyə məruz qalmasının qarşısını alır.
Bundan başqa, instaqram şübhəli hesabların istifadəçilərin izləyici siyahılarına daxil olmasını bloklayaraq, fırıldaqçıların öz qurbanlarına çatma şansını azaldacaq.
Növbəti yenilik isə məkanla bağlıdır. Belə ki, cinsi şantaj fırıldaqçılarına qarşı tədbir olaraq istifadəçilərə geolokasiya xəbərdarlığı təqdim ediləcək. Bu xəbərdarlıqların məqsədi istifadəçilərin söhbət etdiyi insanların başqa ölkədən olub-olmadığını göstərməklə tələyə düşmə riskini azaltmaqdır.
Daha bir yenilik isə ondan ibarətdir ki, mesajlarda birbaşa göndərilən çılpaqlığı ehtiva edən şəkilləri avtomatik olaraq bulanıqlaşdırılacaq. Həmçinin istifadəçilərə şəxsi fotoşəkilləri göndərərkən qarşılaşa biləcəkləri risklər barədə xəbərdarlıq ediləcək.
İnstaqramın yenilikləri arasında 18 yaşdan kiçik istifadəçiləri qorumaq üçün hazırlanmış “Gənc Hesabları” qüvvəyə minib. Gənc istifadəçilərə göndərilən şəxsi mesajlardakı çılpaq şəkillər avtomatik olaraq bulanıqlaşacaq və bu funksiya defolt olaraq aktivləşdiriləcək.
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN
- Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama
- Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi