İran və Ermənistanın xarici işlər nazirləri Abbas Araqçı ilə Ararat Mirzoyan arasında görüş keçirilib.
“BUTA.TV” “Mehr” agentliyinə istinadən xəbər verir ki, görüş İstanbulda “3+3” regional platformasının üçüncü iclası çərçivəsində baş tutub.
Bununla belə, nazirlərin danışıqlarının detalları açıqlanmayıb.
Araqçının digər həmkarları ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.
Xatırladaq ki, bu gün İstanbulda Cənubi Qafqazda əməkdaşlığa dair “3+3” platforması çərçivəsində üçüncü görüş keçirilib. Görüşdə Türkiyə, Azərbaycan, Rusiya, İran və Ermənistanın xarici işlər nazirləri iştirak edib
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN
- Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama
- Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi