Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı İbrahim Əmiraslanlı “BUTA.TV”ya bildirib ki, hadisə bu gün saat 06:40 radələrində rayonun “28 May” küçəsində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü A.H.-yə naməlum şəxs tərəfindən kəsici-deşici alətlə xəsarət yetirildiyi və xəstəxanaya yerləşdirildiyi barədə polisə məlumat daxil olub. Əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Hadisənin rəfiqələr arasında beş verdiyi qeyd olunub. Yaralı xəstəxanaya çatdırılıb, həyatı üçün təhlükənin olmadığı bildirilib.
Hadisə ilə bağlı ərazi Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.
Qeyd edək ki, bu barədə ilk xəbəri Bakupost.az yayıb.
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN
- Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama
- Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi