Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli, 25 ünvanında şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində piyada səkisinin parklanma yeri üçün qanunsuz olaraq zəbt edilməsi faktı aşkarlanıb.
BUTA.TV xəbər verir ki, Baş İdarə əməkdaşlarının operativ müdaxiləsi nəticəsində ərazidə razılaşdırılmadan salınan parklanma faktının qarşısı alınıb, görülən işlər dərhal dayandırılaraq, səki əvvəlki vəziyyətinə qaytarılıb.
Habelə ərazinin nəzarətdə saxlanılması məqsədilə aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanına məlumat verilib.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı