Azərbaycanda qadın baldızının oğlu tərəfindən təcavüzə məruz qalıb.
BUTA.TV BiG.AZ-a istinadən xəbər verir ki bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. O, bildirib ki, hadisə 3 ay öncə Bakıda baş verib: "Qadın mənim yanıma gəlmişdi. O, bildirdi ki, bir il öncə yaşı 30-dan çox olan baldızı oğlunun təcavüzünə məruz qalıb. Məndən nə etmək lazım olduğunu soruşdu.
Mən də ona hüquq-mühafizə orqanlarına müraciət etməsini və başına gələnlər barəsində məlumat verməsini məsləhət gördüm. Çünki bu ağır cinayətdir. Ərinə başına gələnləri danışmasını söylədim. Qadının əri də mənim yanımda oldu. Ona da bu barədə polisə şikayət verməsini tövsiyə etdim. Bir müddət sonra guya həmin ər arvadını zorlayan bacısı oğlu tərəfindən bıçaqlanaraq öldürülüb. Bu hadisə 3 ay bundan baş verib. Hazırda cinayət işi açılıb. İstintaq gedir".
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı