Orta Asiya və Xəzər bölgəsindən qərblə şərqi, şimalla cənubu birləşdirən nəqliyyat dəhlizləri, enerji marşrutları Qara dəniz regionundan keçir. Qarşıdakı dövrdə bu bölgənin geostrateji önəmi daha da artacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Qara dəniz Rizə-Ayder Forumu iştirakçılarına videomüraciətində deyib.
“Epidemioloji xəstəliklər, bölgədəki böhranlar iqtisadi inkişaf üçün logistika və nəqliyyat infrastrukturunun əhəmiyyətini dönə-dönə xatırladır. Qara dəniz coğrafiyasındakı bütün ölkələrdə ticarəti yaxşılaşdıracaq, yüklərin və nəqliyyat xidmətlərinin çatdırılma müddətlərini qısaldacaq logistika şəbəkələrini inkişaf etdirməliyik”, - Ərdoğan bildirib.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı