ABŞ məhkəməsinin münsiflər heyəti bir neçə iranlını ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd olan Donald Trampın seçki kampaniyasına müdaxiə etməkdə ittiham edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.
Nəşr Trampın seçki kampaniyasına haker hücumun Kamala Harrisin prezidentliyə namizədliyindən əvvəl baş verdiyini yazıb. Əldə olunan məlumatlar jurnalistlərə və Co Baydenin seçki qərargahına göndərilib.
Məlumata görə, təqsirləndirilən şəxslərin adları və ittihamları hələlik açıqlanmayıb. Ancaq böyük münsiflər heyəti sentyabrın 26-da federal prokurorlar tərəfindən irəli sürülən ittiham aktını yekdilliklə təsdiqləyib.
ABŞ Ədliyyə Nazirliyinin bu ittihamları sentyabrın 27-də açıqlayacağı gözlənilir.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı