Biz qonşularımız Azərbaycan və Türkiyə üçün bütün regional marşrutları açmağa hazırıq. “Sülhün kəsişməsi” layihəsi bunu əhatə edir, gələcəyə yönəlib”.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan BMT-nin 79-cu sessiyasındakı çıxışında deyib.
O, regional kommunikasiyaların üçüncü tərəfin nəzarəti olmadan açılacağını bildirib:
“Bunlar ölkələrin yurisdiksiyası, suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşılması, qarşılıqlı prinsip və hörmət əsasında baş verməlidir. Ermənistan öz ərazisindən keçid və daşınmanı təhlükəsiz şəkildə təmin etməyə hazırdır.
Ümumiyyətlə, mənfi mesajlar vermək istəmirəm. Bir erməni atalar sözü var: “Yaxşı deyək, yaxşı olsun”. Bu o deməkdir ki, adətən müsbət şeylərdən danışanda yaxşı hadisələr baş verir. Əminəm ki, bu söz Azərbaycan, Türkiyə, Gürcüstan və İranda da var. Onlar bunu özlərininki kimi qəbul edirlər”.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı