ABŞ Dövlət Departamentinin “Ədalət üçün mükafat” proqramı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvü Şəhram Pursəfinin barəsində məlumat verənə 20 milyon dollar mükafat təyin edib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəanatında deyilib.
Bildirilib ki, Şahin Purbəxş ləqəbi ilə tanınan Pursəfi Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Boltona sui-qəsd planlaşdırmaqda ittiham olunur.
“Ədalət üçün Mükafat” proqramı X sosial şəbəkəsindəki paylaşımında yazıb ki, 2021-ci ilin oktyabrından 2022-ci ilin aprelinə qədər SEPAH üzvü Boltonu öldürmək üçün adamlar cəlb etməyə çalışıb.
“Onun məsuliyyətə cəlb edilməsinə kömək edin”, - paylaşımda qeyd edilib.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı