Xarici vətəndaşların iranlı qadınla evlənməsi qanunla qadağan olsa da, bunu dini nikah sözü ilə qanuniləşdirmək istəyir, İran mülklərinə sahib olmaq hüququnu xarici vətəndaşlara verirsiniz. Bunun adı miqrasiya deyil, ölkənin demoqrafik strukturunun dəyişməsi və İran İslam Respublikası ərazisində ikinci Əfqanıstanın yaradılmasıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Salmas şəhərinin İran parlamentindəki nümayəndəsi Yaqub Rzazadə deyib.
O, 17 milyon əfqanistanlının İranın subsidiyalarından istifadə etdiyini iddia edib və bunun qarşısının alınmasını, əfqanistanlı qaçqınların ölkədən çıxarılması prosesinin sürətləndirilməsini tələb edib.
Qeyd edək ki, son vaxtlar İranda, xüsusən milliyyətçi dairələrdə əfqanistanlılara qarşı geniş kampaniya başladılıb, onların sıxışdırılması halları artıb. Bir neçə gün əvvəl İran Prezidentinin Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi Həsən Kazımi Qumi və ölkənin daxili işlər naziri İsgəndər Mömüni də əfqanistanlı qaçqınların ölkədən çıxarılacaqları barədə bəyanatlar səsləndiriblər.
Onların dediyinə görə, 2025-ci ilin aprel ayına kimi 2 milyon əfqanıstanlı qaçqın deportasiya olunacaq.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı