Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin qardaşının ölümünün təfərrüatı məlum olub.
BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, elektrik cəryanı vurması nəticəsində dünyasını dəyişən 53 yaşlı Habil Quliyev Xırdalanda fəaliyyət göstərən kolbasa şirkəti Ay-Min MMC-də çalışıb.
Mərhumun ölümünə səbəb avtoyuma apartı olub. Belə ki, onun işlədiyi şirkətin yaxınlığında avtoyuma məntəqəsi fəaliyyət göstərirmiş. Avtoyuma apartının su vuran başlığını əlinə götürən zaman Habil Quliyevi cəryan vurub.
Mərhum hadisə yerində dünyasını dəyişib. Habil Quliyev bu gün Lənkəran rayonun Hirkan qəsəbəsində dəfn edilib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı