Nyu Yorkda yerləşən Türk Evində Ərdoğanla görüşə gedən Paşinyana Türkiyə prezidenti “Daha ədalətli bir dünya mümkündür” kitabını hədiyyə edib. Ərdoğanın kitabını görüşdüyü liderlərə bağışlaması ənənəsi var, hərçənd, burada digər məqsəd erməni baş nazirin əliboş qayıtmaması da ola bilərdi. Çünki Paşinyan Ərdoğandan “ilkin şərt” olmadan (Azərbaycan olmadan) münasibətlərə təkan verməyi istəsə də, Ankara Bakı şərtini təkrarlayıb.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.
“Ərdoğan BMT tribunasında çıxışında da bəyan edib ki, Bakı və İrəvan arasında münasibətlərin normallaşması Türkiyə ilə Ermənistan arasındakı əlaqələrə də təsir edəcək. Bunun BMT tribunasından elan edilməsi Ankaranı Bakının maraqlarını nəzərə almadan İrəvanla danışıqlara getməyə məcbur etmək istəyən qüvvələrə də açıq mesajdır”, - o bildirib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı