Sosial şəbəkələrdə 28 May küçəsində taksi dayanacağının ləğv olunduğu ilə bağlı görüntülər yayılıb. Videoda ərazidəki taksi dayanacağında avtobus zolağı çəkildiyi, bunun isə küçəni iflic vəziyyətə gətirdiyi qeyd olunub.
Məsələ ilə bağlı AYNA-dan BUTA.TV-ın sorğusuna cavab olaraq bildirilib ki, taksi dayanacağının ləğv olunması infrastruktur işləri ilə əlaqədardır.
“Sözügedən ərazidə nişanlama və xətləmə işləri tam yekunlaşmayıb. Avtobusların zolaqla hərəkətinin təmin olunması üçün zəruri infrastruktur qurulur. Ərazidə aparılan infrastruktur işləri ilə əlaqədar taksi duracağı ləğv edilib”, - qurumdan bildirilib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı