Gələn ilin dövlət büdcəsində müdafiə və sosial təminat xərclərinin 4 milyard 998 milyon manat olacağı proqnozlaşdırılır. 2024-cü ildə bu məqsədlə 4 milyard 391 milyon manat ayrılması nəzərdə tutulub. Deməli, gələn il sosial xərclər 14 faiz artırılacaq.
Bəs görəsən, maaş və pensiyalarla yanaşı, daha hansı müavinətlər artırıla bilər? Mövzu ilə bağlı BUTA.TV-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, növbəti il üçün başda maaş və təqaüdlər də daxil olmaqla, bir çox sosial müavinətlərdə artım gözlənilir:
“Maaş və təqaüdlərdə artım olacaq. Müavinətlərdə də artım nəzərdə tutulub. Amma artımın həcmi ilə bağlı indiki rəqəmlərə baxanda belə görünür ki, ən yaxşı halda 10 faiz civarında olacaq. Düzdü, gözləntilər daha yüksək səviyyədədir, amma düşünürəm ki, büdcə parametrlərinə baxanda artımın təqribən 10 faiz civarında olması ehtimalı kifayət qədər yüksəkdir. Yəni, bu səviyyələrdə olacaq, bundan artıq olacağını düşünmürəm.
Ekspert ən ciddi artımın veteranlara verilən müavinətlərdə olacağını diqqətə çatdırıb:
“Yeganə olaraq, 80 manat alan veteranların müavinətlərində daha ciddi artım ola bilər. Daha dəqiq desək, ödənişlərin təqribən 100 manata qaldırılması mümkündür”.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı