Özbəkistanda məhkəmə 13 yaşlı qızını mənzil almaq üçün 25 min dollara satmağa cəhd edən yerli qadını 5 il 2 ay müddətinə həbsə məhkum edib.
BUTA.TV xəbər verir ki, bu barədə ölkənin Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 41 yaşlı Kaşkədərya rayon sakini işlədiyi Səmərqənddə mənzil almaq üçün 3 övladından birini - 13 yaşlı qızı satmaq qərarına gəlib. Qadın 25 min dollara qızını satarkən polis tərəfindən cinayət başında yaxalanıb.
Qadın həbs edildikdən sonra hər 3 uşaq dövlət himayəsinə götürülüb.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı