Türkiyə ordusunun İraqın şimalında terrorçulara qarşı hava zərbələri nəticəsində sentyabrın 17-dən 18-dək 17 yaraqlı zərərsizləşdirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirliyin məlumatına görə, İraqın Qara bölgəsində 8, Qəndil dağı ərazisində 5, Hakurqada isə daha 4 terrorçu məhv edilib.
“Türkiyə ordusu silahlıları öz baza ərazilərində məhv etmək üçün qəfil hücumlar həyata keçirməyə davam edəcək”, - deyə nazirlik vurğulayıb.
Daha öncə Ankara bildirmişdi ki, ilin əvvəlindən Türkiyə ordusu İraqın şimalında və Suriyada 2 mindən çox terrorçunu zərərsizləşdirib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı