Xankəndi şəhərində bu il 80 uşağın məktəbəqədər təhsilə cəlb olunması nəzərdə tutulur.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında Qarabağ Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən Anar Məcidov deyib.
Onun sözlərinə görə, Xankəndidə sentyabrın 23-də fəaliyyətə başlayacaq uşaq bağçasının işçi heyəti artıq komplektləşdirilib:
“Xankəndi şəhər 1 saylı artıq fəaliyyətə başlayacaq. Bazamızda 4 qrupda. Qeyd etmək istəyirəm ki, daxil olan müraciətlərin sayı 80-dən çoxdur. Qarabağ Regional Təhsil İdarəsi olaraq, bir əməkdaşımızı Xankəndi şəhərinə ezam etmişik. O, bağçada işə qəbul olmaq istəyən vətəndaşlarla, həmçinin uşaqlarını məktəb və bağçaya qoymaq istəyən valideynlərlə görüş keçirir. İşçi heyəti artıq komplektləşdirilib və bağça sentyabrın 23-də fəaliyyətə başlayacaq”.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı