"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabiq futbolçuları, iki gün əvvəl “Neftçi”dən rəsmən ayrılan Qara Qarayev barədə danışıb.
BUTA.TV xəbər verir ki, bu gün Misli Premyer Liqasının 7-ci turunun “Neftçi”yə qarşı oyunundan (4:0) sonra təşkil edilən mətbuat konfransında Q.Qurbanova Q.Qarayevin “Qarabağ”a qayıdışının mümkünlüyü barədə barədə sual ünvanlanıb.
“Bu gün komandada belə fikir (Qaranın qayıtması - red.) yoxdur. Amma Qaranın indi çempionatda iştirak etməməsi məni təəssüfləndirir. Təcrübəli futbolçudur, ağıllı insandır. Ən doğrusunu düşünəcək. Bizim komanda olaraq, planımızda belə şey yoxdur”, - Q.Qurbanov söyləyib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı