Pakistanlı “Siam əkiz”ləri Türkiyədə 14 saatlıq əməliyyatdan sonra bir-birindən ayrılıb.
BUTA.TV xəbər verir ki, bu barədə məlumatı Türkiyə mediası yayıb.
Bildirilir ki, başları bitişik şəkildə dünyaya gələn 8 aylıq Mirha və Minal 2023-cü ilin sentyabrında doğulublar. Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə körpələr əməliyyat olunmaq üçün Pakistandan Ankaraya gətirilib. Onlar mərhələli əməliyyatla bir-birindən ayrılıb. 14 saat davam edən bu əməliyyatda 60 tibb işçisi iştirak edib və əkizlərin birləşmiş baş nahiyələri uğurla ayrılıb.
Sağlamlığını bərpa edən körpə qızlar ilk doğum günlərini yan-yana və ayrı qeyd edə biləcəklər.
- Xəzərdə yenə zəlzələ oldu
- Bakının bu rayonunda qaz olmayacaq
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi