İtaliyanın şimalındakı Emiliya-Romaniya regionunda leysan yağışın səbəb olduğu daşqın nəticəsində mindən çox insan evlərindən təxliyə edilib.
BUTA.TV xəbər verir ki, Cənubi Avropaya yönələn “Boris” qasırğası səbəbindən bölgəyə 48 saat aramsız yağış yağıb. Daşqın nəticəsində evləri su basıb, yollar və küçələr su altında qalıb, qatarların hərəkəti dayandırılıb. Mülki müdafiə qüvvələri 500-dən çox xilasetmə əməliyyatı həyata keçiriblər.
İki nəfərin itkin düşdüyü bildirilir. Bəzi bölgələrdə təhsil müəssisələrində tədris dayandırılıb.
- Xəzərdə yenə zəlzələ oldu
- Bakının bu rayonunda qaz olmayacaq
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi