Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibinin müavini Coşua Hak arasında görüş baş tutub.
BUTA.TV xəbə verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, rəsmilər ikitərəfli gündəliyi, o cümlədən regional məsələləri müzakirə ediblər.
Regional məsələlər kontekstində Ararat Mirzoyan və Coşua Hak Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması ilə bağlı fikir mübadiləsi aparıblar.
Mirzoyan ölkəsinin regional kommunikasiyaların açılmasında maraqlı olduğunu təsdiqləyib.
- Xəzərdə yenə zəlzələ oldu
- Bakının bu rayonunda qaz olmayacaq
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi