Astarada minik avtomobili dərəyə aşıb, ölən və xəsarət alan var.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, hadisə Astara rayonunun dağlıq ərazisində, Üləsi kəndində qeydə alınıb.
Belə ki, Şahin Şiriyevin idarə etdiyi "Toyota" markalı minik avtomobili idarəetmədən çıxaraq 100 metr hündürlükdən dərəyə aşıb.
Qəza nəticəsində sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin Motlayataq kənd sakini 1981-ci il təvəllüdlü Mətləb Vaqif oğlu Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
- Xəzərdə yenə zəlzələ oldu
- Bakının bu rayonunda qaz olmayacaq
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi