Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) ölkəsinin suverenliyinə təhlükə olması ilə bağlı bəyanatları sağlam düşüncəyə ziddir.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova IV Avrasiya Qadınlar Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
“Mənə elə gəlir ki, onun bəyanatları sağlam düşüncə və reallıqla ziddiyyət təşkil edir. Çünki əgər sizi, xüsusən də milli təhlükəsizliyinizi nəsə təhdid edirsə, onların (Ermənistanın – red.) orada (KTMT-də – red.) qalmaq barədə danışmasının mənası nədir?! Təşkilatda hələ də qalırlarsa, deməli, bunda hansısa məqsədəuyğunluq görürlər. Onlar eyni zamanda KTMT-nin Ermənistandan çəkildiyini də bildiriblər. Bütün bunlar sağlam düşüncəyə və məntiqə ziddir”, - diplomat söyləyib.
- Xəzərdə yenə zəlzələ oldu
- Bakının bu rayonunda qaz olmayacaq
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi