Türkiyə BRİKS-ə alternativ iqtisadi platforma kimi baxır.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu” agentliyinə müsahibəsində deyib.
“BRİKS-ə alternativ iqtisadi platforma kimi baxırıq. AB ilə iqtisadi inteqrasiyamız uğurlu olsaydı, bəlkə də bir çox məsələlərdə bu qədər gərgin axtarışda olmazdıq”, - o bildirib.
Qeyd edək ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Türkiyənin BRİKS-ə tam üzv olmaq üçün müraciət etdiyini və bu müraciətə baxılacağını bildirmişdi.
- 6 il əvvəl meyiti tapılmışdı: qətlə yetirildiyi məlum oldu
- Qayınana kürəkəninin yas mərasimində öldü - Foto
- “Azərlotereya” vergi ödəyiciləri siyahısında ilk sıralarda
- İrana hücumlar nəticəsində 278 uşaq həlak olub
- Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdirildi
- Polkovnik-leytenant 42 yaşında vəfat etdi - Foto
- Xəzərdə yenə zəlzələ oldu
- Bakının bu rayonunda qaz olmayacaq