Dünyanın ən bahalı spirtli içkilərinin siyahısı açıqlanıb.
BUTA.TV xəbər verir ki, dünyanın ən bahalı içkiləri siyahısında “İzabella İslay” viskisi yer alıb. Şüşəsi tamamilə brilyantla bəzənmiş viskinin qiyməti 6 milyon dollara qədərdir.
İkinci yerdə “Tekila Ley 925” qərarlaşıb. Bu içki həm də dünyanın ən bahalı tekilası hesab olunur. Şüşəsi brilyant və qızılla örtülmüş içki 3.5 milyon dollaradır.
İlk üçlüyü “Henry Dudognon Heritage” konyakı bağlayır. 100 yaşı olan konyak brilyant və 24 karatlıq qızılla bəzədilmiş qabda saxlanılır. Konyak təxminən 2 milyon dollara satılıb.
Şotlandiyanın “Makallen 1926” viskisi dünyanın nadir, bununla belə ən çox tələb olunan içkilərindən sayılır. Sonuncu auksionda içki 1.9 milyon dollara satılıb.
Siyahının sonuncu yerində isə “Russo Baltik” arağı qərarlaşıb. Dünyanın ən bahalı arağı olan bu içki “Russo Baltik” avtomobil şirkəti ilə Qazaxıstandan olan şahzadə Regina Abdurəzzaqovanın birgə istehsalıdır. İçkinin şüşəsi qızıl və brilyantdan, qapağı isə ağ qızıldan hazırlanıb. Qiyməti 1.2 milyon dollardır.
- 6 il əvvəl meyiti tapılmışdı: qətlə yetirildiyi məlum oldu
- Qayınana kürəkəninin yas mərasimində öldü - Foto
- “Azərlotereya” vergi ödəyiciləri siyahısında ilk sıralarda
- İrana hücumlar nəticəsində 278 uşaq həlak olub
- Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdirildi
- Polkovnik-leytenant 42 yaşında vəfat etdi - Foto
- Xəzərdə yenə zəlzələ oldu
- Bakının bu rayonunda qaz olmayacaq