Odessa meriyası Azərbaycanın Ukraynadakı səfirliyinin şəhərlərin məsafə və istiqamətləri indeksinə Gəncə şəhərinin adının əks olunduğu lövhənin əlavə edilməsi ilə bağlı müraciətinə müsbət cavab verib.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, hazırda Odessanın mərkəzindən dünyanın müxtəlif paytaxtlarına və iri şəhərlərinə olan məsafə göstəricisində Gəncənin istiqamətini və Odessadan ona olan məsafəni göstərən lövhə əlavə olunub.
Xatırladaq ki, Gəncə və Odessanın qardaşlaşmış şəhərlər olması ilə bağlı protokolu 2019-cu il dekabrın 17-də Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana rəsmi səfəri zamanı imzalanıb.
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq
- Tahir Budaqov bu vəzifəsindən getdi
- Şahin Bağırov onları rəis təyin etdi
- Qobustan qoruğunda yeni qayaüstü təsvirlər aşkarlandı - Foto
- Nazirlər Kabinetinin bu səlahiyyəti ləğv edildi