Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə gedərkən təyyarəsinin qırıcılarla müşayiət olunmasını istəyir.
BUTA.TV xəbər verir ki, bu barədə “Middle East Eye” nəşri mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, Putin Ukraynanın onun təyyarəsinə uçuş marşrutu boyunca hücum edə biləcəyi ehtimalından ehtiyat edərək, Rusiya döyüş təyyarələrinin mühafizəsi altında Türkiyəyə uçmaq istəyir. Məhz bu səbəbdən Rusiya prezidentinin Ankaraya səfəri gecikir.
Nəşrin qeyd etdiyi kimi, Moskvanın tələbini yerinə yetirmək çətindir, çünki NATO-nun hava hücumundan müdafiə sistemləri Türkiyədə yerləşir və Rusiya qırıcılarını düşmən hədəfləri kimi qəbul edə bilər.
Mənbə aydınlaşdırıb ki, Türkiyə Putinin səfəri üçün hava hücumundan müdafiə sistemlərini söndürmək və ya dəyişdirməyi planlaşdırmır. Son müzakirələrdə Rusiya prezidentinin oktyabrın ilk həftəsində gəlişi ehtimalı nəzərdən keçirilir, lakin yeni tələblər mümkün səfəri çətinləşdirir.
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq
- Tahir Budaqov bu vəzifəsindən getdi
- Şahin Bağırov onları rəis təyin etdi
- Qobustan qoruğunda yeni qayaüstü təsvirlər aşkarlandı - Foto
- Nazirlər Kabinetinin bu səlahiyyəti ləğv edildi