Dəriyə qulluq sağlam və canlı görünüş üçün ilk qaydadır.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, meyvələr bu işdə sizə kömək edə bilər. Mütəxəssislər ənciri xüsusilə qeyd edirlər.
Təzə əncir: Təzə ənciri əzmək və ya dilimləməklə birbaşa dərinizə sürtə bilərsiniz. Bir neçə dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun.
Əncir maskası: Əzilmiş ənciri qatıq və ya balla qarışdıraraq maska hazırlaya bilərsiniz. Bu maskanı dərinizə çəkin, 15-20 dəqiqə saxlayın, sonra ilıq su ilə yuyun.
Əncir yağı: Əncir yağı dəri baxımında da istifadə edilir. Yağı təmiz pambıqla dərinizə çəkib yumşaq bir şəkildə masaj edə bilərsiniz.
Əncir tərkibindəki yüksək su və təbii şəkər sayəsində dərini nəmləndirir.
Əncirin tərkibində A, C, E vitaminləri, kalium, maqnezium və sink kimi minerallar var. Bu qidalar dərinin sağlamlığını dəstəkləyir və dəri toxumasını yaxşılaşdırmağa kömək edir.
Dərinin elastikliyini artırır.
- 2198 müəllim bu sadə suala cavab verə bilmədi - Foto
- Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir
- Bu prospektin kəsişməsində yeni işıqforlar quraşdırılır
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq
- Tahir Budaqov bu vəzifəsindən getdi