Bakının Xətai rayonunda 55 saylı orta məktəbin mühafizəçisi Natiq Mehdini öldürməkdə təqsirləndirilən həmin məktəbin direktor müavini Elsevər İslamovun məhkəməsi başlayıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Dövlət ittihamçısı deyib ki, cinayət iş üzrə hər hansı bir prosessual pozuntuya yol verilməyib, ona görə də işin məhkəmə baxışına verilməsinə etiraz etmir.
Vəkil iş matrealları ilə tanış olmadığı üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə müşavirədən sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edib.
Proses sentyabrın 19-da davam etdiriləcək.
Qeyd edək ki, hadisə bu ilin may ayında olub.
Rəsmi məlumata görə, Natiq Mehdi qeyd olunan tarixdə saat 23 radələrində iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən paytaxtın Xətai rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən öldürülməsində və Xəzər rayonu ərazisində basdırılmasında şübhəli bilinib.
O, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.
- Bulud dağıdan toplardan niyə istifadə etmirik?
- 2198 müəllim bu sadə suala cavab verə bilmədi - Foto
- Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir
- Bu prospektin kəsişməsində yeni işıqforlar quraşdırılır
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq