Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp və onun demokratlardan olan rəqibi Kamala Harris demək olar ki, eyni səviyyədə seçici dəstəyinə malikdir.
BUTA.TV xəbər verir ki, bunu “Nyu York Tayms”qəzeti və Siena Kolleci Tədqiqat İnstitutunun sentyabrın 10-da keçiriləcək debatdan əvvəl apardığı sorğunun nəticələri sübut edir.
Sorğuya görə, Trampı respondentlərin 48 faizi, Harrisi isə 47 faizi dəstəkləyir.
Harris Viskonsin, Miçiqan və Pensilvaniyada liderdir. Namizədlər Arizona, Corciya, Nevada və Şimali Karolina ştatlarında da oxşar səviyyədə dəstək alıblar.
Sorğu sentyabrın 3-dən 6-dək 1695 amerikalı arasında aparılıb və 2,8 faiz bəndi səhv nisbətinə malikdir.
- Bulud dağıdan toplardan niyə istifadə etmirik?
- 2198 müəllim bu sadə suala cavab verə bilmədi - Foto
- Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir
- Bu prospektin kəsişməsində yeni işıqforlar quraşdırılır
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq