Rusiyadakı azərbaycanlı kriminal aləmin yeni rəhbəri seçilib.
BUTA.TV Unikal-a istinadla xəbər verir ki, bununla bağlı Rusiya mediası yazıb.
Bildirilib ki, yeni klanın rəhbəri qanuni-oğru "Zaur Naxçıvanski" ləqəbli Zaur Şipilovdur.
"Bu statusa onun namizədliyini 1 saylı "anuni oğru Zaxar Kalaşov (Şakro Molodoy) tam dəstəkləyib", - KİV yazıb.
Məlumata görə, Şakro Rusiyada Azərbaycan mafiyasının liderini əvəz etmək üçün daha gənc və ağıllı adam lazım olduğunu bildirib və nəticədə “Şakro” Zaur Şipilovun namizədliyini təsdiqləyib.
Qeyd edək ki, 1985-ci ildə Rusiyanın Orenburq şəhərində anadan olan Zaur, kriminal aləmdə nüfuzlu avtoritetlərdən sayılan Bayram Talıbovun oğludur. Şipilovun atası 2006-ci ilin aprelində “Sabirabadlı Hikmət” kimi tanınan Hikmət Muxtarovla birgə sui-qəsd nəticəsində qətlə yetirilib. Zaur Naxçıvanski Rövşən Lənkəranskinin “xaç oğlu” kimi də tanınır. Belə ki, Şipilovun atası qətlə yetiriləndə 21 yaşı olan Zaur, həmin dövrdə Rövşən Lənkəranski tərəfindən himayə edilib. Rövşən Zaurun yetişməsində, atasının yolunu getməsində böyük rol oynayıb.
Bildirilir ki, o, azərbaycanlı kriminal avtoritetlər Rövşən Caniyevin (Rövşən Lənkəranski), daha sonra isə Nadir Səlifovun (Lotu Quli) ölümündən sonra Rusiya Federasiyasında Azərbaycan mafiyasının rəhbəri olub.
- 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi
- Bakıda üç yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq öldü
- Bakıda bu hospitalda ölüm baş verdi
- General-mayor vəzifəsindən azad edildi
- Banka borcunu ödəməyənlər üçün yeni qayda
- Hava kəskin əyişir: FHN xəbərdarlıq etdi
- Yaz-yay fəsillərində sel təhlükəsi: FHN tədbirlər keçirdi - Foto
- Şəmkirdə məktəbdə yanğın: şagirdlər təxliyə edildi