Kimsə Mərkəzi Seçki Komissiyasının (MSK) fəaliyyətinə kölgə salmağa çalışırsa, bununla bağlı müvafiq qərar qəbul ediləcək.
BUTA.TV xəbər verir ki, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında sədr Məzahir Pənahov deyib. O qeyd edib ki, milyonlarla insanın iştirak etdiyi proses nöqsansız ola bilməz:
"Bizə isə heç kimin hay-küyü, qabaqdangəlmişliyi təsir edə bilməz. MSK illərdir olan təcrübə ilə eyni prinsiplə işləyir. Verdiyimiz qərarlar əsaslandırılıb. Bizim haqqımızda yazılanlar, yayılanlar bizi maraqlandırmır. Öz işimizi görürük. Bütün müraciətlər, məlumatlar, hətta sosial şəbəkələrdə yayılanlar mütləq araşdırılacaq, əsaslı qərar qəbul olunacaq".
- Bu telekanal bağlanır - Təcili
- Köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi - Video
- Naxçıvanda yüksək vəzifəyə təyinat
- Hikmət Babaoğlu “Şöhrət” ordeni ilə təltif edilib
- Xətaidə Zərifə Əliyevanın anım gününə həsr olunmuş tədbir - Foto
- “Prezident Kuboku” ilk dəfə Sərsəngdən başlayacaq!
- Ermənistanda müxalif partiyanın 14 üzvü saxlanıldı
- 255 nəfərin diplomu tanınmadı