Bakını niyə tənqid edirsiz? Əliyev öz dövləti üçün… - Zaqorodnı

20:40 - 21 Avqust 2024 - GÜNDƏM

 Bakını niyə tənqid edirsiz? Əliyev öz dövləti üçün… - Zaqorodnı

İlham Əliyev Ukraynanın yox, Azərbaycanın prezidentidir.

BUTA.TV xəbər verir ki, bunu Ukrayna Milli Antiböhran Qrupunun idarəedici partnyoru Taras Zaqorodnı Feysbuk səhifəsində SOCAR-ın Ukraynada boykot edilməsi çağırışlarını şərh edərkən deyib.

"Azərbaycana qarşı irəli sürülən iddiaların mahiyyətini başa düşə bilmirəm. Əliyev Ukraynanın yox, Azərbaycanın prezidentidir. O öz millətinin mənafeyindən çıxış edir.

Əliyev 20 il ərzində ölkəsini modernləşdirərək, onu Rusiyanın dəstəyi ilə 90-cı illərdən başlayan və Azərbaycan ərazisinin 20%-ni əhatə edən erməni işğalından azad edib.

Bu xəbər hal-hazırda çox oxunur
Keçmiş mətbuat katibi qəfil vəfat etdi - Foto

Bu gün Azərbaycan elə mövqedən çıxış edir ki, hətta Putin Ermənistanı dəstəkləməkdən imtina etmək bahasına bunu nəzərə almağa məcburdur. Genişmiqyaslı işğalın başlanmasından bəri Azərbaycan sistematik olaraq Ukraynaya humanitar yardım, o cümlədən yanacaq şirkəti olan SOCAR-ın dəstəyini göstərib və indi çoxları tərəfindən haqsız olaraq tənqid olunur. Deməli, indi Avropada Rusiya kapitalı üçün yumşaq ofşor olmasına görə bizə F-16-lar verən Niderlanda nifrət etməliyik?

Yoxsa Çinlə ticarət edən ABŞ-a? Yoxsa Rusiya hərbi gəmilərinin Qara dənizə keçidini əngəlləyən, eyni zamanda Rusiya ilə ticarətini davam etdirsə də, Odessanın mümkün işğalının qarşısını alan Türkiyəyə?
Primitiv “qazan-xəyanət” kateqoriyalarında düşünməyi dayandırmalıyıq. Dünya göründüyündən qat-qat mürəkkəbdir. Uzunmüddətli maraq və siyasət haqqında düşünmək, populist şüarlara boyun əyməmək vacibdir. Bu cür yanaşmaların nəticələrini artıq ötən əsrin əvvəllərində gördük və bunun sonu pis bitdi", - o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol