“MSDIS Holding”ə məxsus “MS Oil” yanacaqdoldurma məntəqələrinin (YDM) bir qismi bağlanıb.
BUTA.TV İqtisadiyyat.az-a istinadən xəbər verir ki, “MS Oil” Nərimanov, Səbail və Abşeron rayonunun Mehdiabad qəsəbəsində və daha bir neçə ünvanda öz fəaliyyətini dayandırıb.
Artıq “MS Oil”in Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 65 ünvanında və Səbаil rауonu, Salyan şosesinin (Şıxov) 13-cü km ünvanında yerləşən yanacaqdoldurma məntəqələrində “SOCAR” brendli YDM-lər fəaliyyətə başlayıb.
Qeyd edək ki, əvvəllər “MS Oil”in Bakı və regionlarda benzin, dizel və qaz yanacağının satışını həyata keçirən 12 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərib.
Xatırladaq ki, “MSDIS Holding” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb, onun qanuni təmsilçisi Mirfəyyaz Oktay oğlu Nağıyevdir.
- Bu valideyn və müəllimllər 200 manatadək cərimələnəcək
- Onlar cərimələnəcək, inzibati həbs ediləcək
- Sabah hava necə olacaq?
- Əhməd Əhmədov xəstəxanadan buraxılıb? - Rəsmi
- Bakı metrosunun bütün stansiyalarına giriş bağlandı
- “DH Volley” gümüş medal qazandı - Video
- Xaricdən 2 manata alınan balıq niyə 35 manata satılır? - Video
- Bu yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı