İran İsrailə hesablanmış cavab verəcək.
BUTA.TV xəbər verir ki, bunu SEPAH-ın sabiq baş komandanı və hazırda Məsləhət Şurasının üzvü olan general Möhsün Rezayi deyib.
"İran lazımi vaxtda və məkanda hərəkətə keçəcək və cavab verilməsə, sionist rejimin pislikləri davam edəcək. ABŞ-ın regionla bağlı xarici siyasəti Vaşinqtonda deyil, Təl-Əvivdə formalaşdırılır.
Belə bir şəraitdə ABŞ hətta digər müttəfiqləri üçün etibarlı ola bilməz. Bu səbəbdən Səudiyyə Ərəbistanı, Türkiyə və regiondakı digər Amerika tərəfdaşları Rusiya və Çinə daha çox meyl edir və artıq amerikalılara güvənmirlər",- Rezayi bildirib.
- Bu yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı
- Kənar dairəvi yolda ağır qəza: 1 ölü, 3 yaralı
- Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verir
- Bakı-Qazax yolunda Türkiyə vətəndaşının meyiti tapıldı
- FHN mülki müdafiə məşqləri keçirdi - Video
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
- Qod Nisanova Rusiyada fəxri ad verildi - Foto
- Qobustanda bir ailənin dörd üzvü zəhərləndi