Qara Qarayev Azərbaycan futbolunda iz qoymuş futbolçudur, böyük xidmətləri var. Əminəm ki, bundan sonra da olacaq. Hər birimiz ona hörmət edirik. Amma baş məşqçinin seçiminə qarışmaq fikrimiz yoxdur.
BUTA.TV-a xəbər verir ki, bu barədə "Neftçi"nin media üzrə koordinatoru Rüstəm Əfsərli mətbuat konfransında futbolçu Qara Qarayevin komandadakı taleyi barədə danışarkən deyib.
O, hazırda bu məsələ ilə bağlı yenilik olmadığını vurğulayıb:
"Qara Qarayevlə bağlı məsələ hələlik klubun daxilində qalsın. Elə etməliyik ki, heç bir tərəf ziyan görməsin. Danışıqlar gedir. Bu barədə ictimaiyyətə məlumat veriləcək".
Qeyd edək ki, 31 yaşlı Qara Qarayevi əsas heyətdən əvəzedici komandaya göndərilib.
- Bu valideyn və müəllimllər 200 manatadək cərimələnəcək
- Onlar cərimələnəcək, inzibati həbs ediləcək
- Sabah hava necə olacaq?
- Əhməd Əhmədov xəstəxanadan buraxılıb? - Rəsmi
- Bakı metrosunun bütün stansiyalarına giriş bağlandı
- “DH Volley” gümüş medal qazandı - Video
- Xaricdən 2 manata alınan balıq niyə 35 manata satılır? - Video
- Bu yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı