Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə BUTA.TV-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 45-55% olacaq.
Azərbaycanın rayonlarında gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq.
- Bu yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı
- Kənar dairəvi yolda ağır qəza: 1 ölü, 3 yaralı
- Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verir
- Bakı-Qazax yolunda Türkiyə vətəndaşının meyiti tapıldı
- FHN mülki müdafiə məşqləri keçirdi - Video
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
- Qod Nisanova Rusiyada fəxri ad verildi - Foto
- Qobustanda bir ailənin dörd üzvü zəhərləndi