Buraxdığımız üçüncü qol artıq oldu.
BUTA.TV xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
"Əfsuslar olsun ki, böyük hesabla məğlub olduq. Rəqib komandanın gücünü bilirdik. Baxmayaraq ki, oyuna pis hazırlaşmamışdıq. Hesabda geridə olmağımıza baxmayaraq futbolçularım çəkinmədən mübarizə apardılar. Bu, mənim çox xoşuma gəldi. Buraxdığımız üçüncü qol artıq oldu. Lakin 3:0 qalib gəliblərsə, deməli bunu haqq ediblər. "Dinamo"nu qələbə münasibəti ilə təbrik edirəm. Bu görüşün cavab oyunu var. Baxmayaraq ki, heyətdəki itkilərimiz davam edir. Bu hal bizə problem yarada bilər. İstənilən halda cavab maçına hazırlaşacağıq. Azarkeşlərimizə yaxşı oyunu göstərmək istəyirik. İlk matçda buraxdığımız səhvləri cavab görüşündə düzəltməyə çalışacağıq", - Q.Qurbanov bildirib.
Qeyd edək ki, "Qarabağ" və "Dinamo" komandaları arasında cavab qarşılaşması avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
- Bu yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı
- Kənar dairəvi yolda ağır qəza: 1 ölü, 3 yaralı
- Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verir
- Bakı-Qazax yolunda Türkiyə vətəndaşının meyiti tapıldı
- FHN mülki müdafiə məşqləri keçirdi - Video
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
- Qod Nisanova Rusiyada fəxri ad verildi - Foto
- Qobustanda bir ailənin dörd üzvü zəhərləndi