İtaliyanın Piombino limanından yola düşən gəmi-bərəsinin mühərrik bölməsində yanğın baş verib.
BUTA.TV xəbər verir ki, Elba adası istiqamətində hərəkət edən “Corsica Sardinia Ferries” şirkətinə məxsus “Corsica Express” gəmi-bərəsinin göyərtəsində təxminən 300 nəfər olub. Mühərrik bölməsində tüstü aşkarlandıqdan sonra gəmi-bərə limana geri qayıdıb. Yanğın dərhal söndürülüb.
Əraziyə Sahil Mühafizə Xidmətinin patrul gəmiləri və mülki müdafiə qüvvələri cəlb olunub. Sərnişinlər və ekipaj üzvləri təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
- Bu valideyn və müəllimllər 200 manatadək cərimələnəcək
- Onlar cərimələnəcək, inzibati həbs ediləcək
- Sabah hava necə olacaq?
- Əhməd Əhmədov xəstəxanadan buraxılıb? - Rəsmi
- Bakı metrosunun bütün stansiyalarına giriş bağlandı
- “DH Volley” gümüş medal qazandı - Video
- Xaricdən 2 manata alınan balıq niyə 35 manata satılır? - Video
- Bu yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı