Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə BUTA.TV-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.
Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 13-18° isti, gündüz 19-24° isti olacaq.
- Metronun fəaliyyətinin dayanmasının səbəbi açıqlandı
- Bakı metrosunun stansiya rəisi öldü - Foto
- Azərbaycanda cərimələrlə bağlı mühüm yenilik
- Nazir Elnur Abbasquliyevə yüksək vəzifə verdi - Foto
- Regionlarda qar başladı: Bakıya da yağacaq?
- Ölkəyə qaçaqmalçılıqla narkotik gətirən şəxs tutuldu - Video
- Bu bank pulunuza illik 12% gəlir təklif edir
- Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatdı