Rusiya mağazalarında satılan erməni konyaklarının demək olar ki, 90%-i sağlamlıq üçün təhlükəlidir. Məhsulların təxminən yarısında üzümlə əlaqəli olmayan spirtlər aşkar olunub.
BUTA.TV xəbər verir ki, bu barədə “Antikotrafakt” Beynəlxalq Assosiasiyası və Konyak İstehsalçıları İttifaqının birgə hesabatında deyilib.
Bildirilib ki, sözügedən nəticə Ermənistanda emal edilən 20 ticarət markasından götürülən 200 adda məhsulun analizləri nəticəsində əldə olunub. Müəyyən edilib ki, onların yarısında spirtli içki istehsalı üçün yararsız məhsullardan istifadə edilib, 177 markanın istehsalında isə texniki göstəricilərə əməl olunmayıb.
Bununla əlaqədar, Saxtakarlığa Qarşı Mübarizə Assosiasiyası Ermənistandan alkoqollu məhsulların idxalına nəzarətin gücləndirilməsi və dövriyyəsinin məhdudlaşdırılması xahişi ilə Baş Prokurorluğa müraciət edib.
- Metronun fəaliyyətinin dayanmasının səbəbi açıqlandı
- Bakı metrosunun stansiya rəisi öldü - Foto
- Azərbaycanda cərimələrlə bağlı mühüm yenilik
- Nazir Elnur Abbasquliyevə yüksək vəzifə verdi - Foto
- Regionlarda qar başladı: Bakıya da yağacaq?
- Ölkəyə qaçaqmalçılıqla narkotik gətirən şəxs tutuldu - Video
- Bu bank pulunuza illik 12% gəlir təklif edir
- Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatdı